Necə mən özümə şairəm deyim

Şeir dəryasında, nehrim yoxdursa

Öz təbim öz valam sehrim yoxdursa

Öz izim öz yolum bəhrim yoxdursa

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm 

 

Yazdığım şeirlər qəlbə axmırsa

Bir ildırım təki,göydə çaxmırsa

Dönüb bir yağışa ruha yağmırsa

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm 

 

Şairlik tanrıdan verilən peşə

Xoş, o kəs halına bəxtinə düşə

Şeirlərim layiq deyilsə beşə

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm 

 

Hər gün deyiləcək sözüm yoxdursa

Qəlbləri isidən közüm yoxdursa

Tərəzitək sərrast gözüm yoxdursa

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm 

 

Arı tək şeiri yığam çiçəkdən

 Gərək sözlərimi vuram ələkdən

Yazmasam əgər mən haqdan gerçəkdən

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm 

 

Şeir dəryasında, nehrim yoxdursa

Öz təbim öz valam sehrim yoxdursa

Öz izim öz yolum bəhrim yoxdursa

Necə mən özümə şairəm deyim

Şairlər yanında sinəmə döyüm

 

Əncam Vələdov