İntihar edən qızı xilas etməyə çalışan şəxsin vəziyyəti açıqlandı

Ötən gün Xətai rayonunda intihar edən 17 yaşlı Xumar Babayevanı xilas etməyə çalışan Zahid Niyazov hadisə zamanı xəsarət alıb.

TƏBİB-dən Sabahinfo.az-a verilən məlumata görə, Z.Niyazovun vəziyyəti stabildir: “Z.Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.

Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb