İsrail Ukraynaya yeni avadanlıq verdi

İsrail hökuməti Ukraynaya nüvə təhlükəsizliyinin təmin edilməsi üçün avadanlıq verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə İsrailin Atom Enerjisi Komissiyasının rəhbəri Moşe Edri AEBA Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı bildirib.

Moşe Edri Ukraynada baş verən hadisələr fonunda nüvə təhlükəsizliyi məsələlərinin qlobal səviyyədə geniş müzakirəsinin aparılmasının tərəfdarı olduğunu bildirib.

Edri çıxışında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məqsəd və vəzifələrinin İsrail tərəfindən tam dəstəklədiyini və ölkəsinin Agentliklə fəal əməkdaşlıq etdiyini vurğulayıb.