İstiqlalçı deputatın partiyası LƏĞV OLUNDU

Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.

"Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub", - deyə Ədliyyə Nazirlıyinin məlumatında bildirilir.

Qeyd edək ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri istiqlalçı deputat Hacıbaba Əzimov olub.