İzyumda mer, polis və deputat Rusiyaya satıldı

Xarkovun İzyum şəhərində iki deputat, keçmiş mer və sabiq milis əməkdaşı rus işğalçıları ilə əməkdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İzyum Şəhər Şurasının şöbə rəisi Maksim Strelnik sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hazırda Ukrayna ordusu şəhərin tam ələ keçirilməsinə qarşı qəhrəmanlıqla mübarizə aparır, ancaq şəhərin özündə vətənə xəyanət baş verir:

“Deputatlar Anatoli Fomiçevski və Yuri Kozlov sabiq milis işçisi Vladislav Sokolov və eks-mer Aleksandr Bojkovla birlikdə rus işğalçılarla əməkdaşlıq edirlər”.

Strelnikin sözlərinə görə, onlar işğalçılara Ukrayna bölmələrinin yerini deyir, yerli aktivistlər, hərbçilər, müəllimlər və onların ailə üzvləri haqda informasiya verirlər:

“Bu şəxslər guya dövlət və şəhər hakimiyyətlərinin Kiyevi, Xarkovu və İzyumu təslim etdiyini bildirərək, blokadada olan hər kəsi rus işğalçılarla əməkdaşlığa çağırır”.