Kadırov çeçen döyüşçülər üçün Ukraynaya zirehli maşınlar göndərdi - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada gedən döyüşlərdə iştirak edən Çeçenistandan olan güc strukturları əməkdaşları üçün zirehli yolsuzluq avtomobilləri göndərib.

Bu barədə R.Kadırovun “Telegram” kanalında məlumat verilib.

O, əməliyyat şəraitinin sözügedən avtomobillərə tələbat yaratdığını və bu səbəbdən Çeçenistanın Ukraynaya müvafiq texnikanı göndərdiyini açıqlayıb.

Bundan əlavə o, Rusiya Federasiyası Milli Qvardiya qoşunlarının Şimali Qafqaz dairəsi üzrə komandanının birinci müavini, general-mayor Alibek Delimxanovun da Ukraynada döyüşdüyünü bildirib.