Kanadadan miqrantlara yaşıl işıq

Kanada 2021-ci ilin sonuna qədər ümumilikdə 401 min yeni immiqrant qəbul edəcək.  Kanada vətəndaşlıq və immiqrasiya naziri Marko Mendiçino (Marco Mendicino) verdiyi məlumatda bildirib: “Heç nəyə baxmayaraq, Kanada köç mövzusunda dünyaya liderliyə davam edir. Bu il 401 min yeni daimi sakin qəbuletmə öhdəliyimizi yerinə yetirəcəyik. İşlər doğru istiqamətdə irəliləyir."

Kanadada bu günə qədər 1 ildə qəbul ediləcək ən çox immiqrant sayı olan 401 min adam arasında ölkə xaricindən edilən müraciətlərlə yanaşı, uyğun şərtlərdəki xarici tələbələr, müvəqqəti xarici işçilər və hal-hazırda Kanadada olan sığınmacılar yer alır.

Kanada İmmiqrasiya İdarəsinin məlumatına görə, 2021-ci ilin iyun ayında bir ayda indiyə qədərki ən yüksək rəqəm olan 45 min 100 immiqrant müraciəti qiymətləndirilib. Bunlardan 35 min 600-ünə ölkədə daimi qalma icazəsi verilib. Yeni tip koronavirus (Covid-19) epidemiyasından sonra artan iş qüvvəsi ehtiyacını qarşılamaq istəyən Kanada hökuməti sözügedən mövzu ilə bağlı kəsri bağlamaq üçün 2022-ci ildə 411 min və 2023-cü ildə isə 421 min yeni immiqrant qəbul etməyi planlaşdırıb. Qeyd edək ki, ölkəyə ən çox immiqrantın qəbul edildiyi il 400 min 810 rəqəmlə 1913-cü il olmuşdu.