Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb.
Sabahinfo.az-ın məlumatına görə, karantinin rejiminin yumşaldılmasına başlanılıb.
Qərarları qısa variantda təqdim edirik:
- Karantin rejiminin müddətinin aprelin 1-dək uzadılıb
- 18 yanvardan SMS və portaldan icazə ləğv olunur
- Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək
- İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək)
- Metro işləməyəcək
- "Mallar", iri ticarət mərkəzləri işləməyəcək
- Təhsil ocaqları, kurslar və s. hələ ki, işləməyəcək. (Gələn həftə bunla bağlı brifinq olacaq)
- Maskadan istifadə məcburidir.
- 18 yanvardan vaksinaisya başlayır
- Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
- Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur.
Operativ Qərargahın karantin rejimi ilə bağlı qərarının tam versiyası ilə buradan tanış ola bilərsiniz