Kim Çen In Rusiyada səfərdədir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı aparan qatar Rusiyaya çatıb.

Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki,  Kim Çen Inın COVID-19 virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.

Qeyd edək ki, ötən gün rəsmi Pxenyan KXDR lideri Kim Çen Inın Rusiyaya səfərini təsdiqləyib. Ölkənin rəsmi xəbər agentliyi Kim Çen Inın Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.