Rusiyada hər kəsin gözü qarşısında qeydə alınan dəhşətli qətlin görüntüləri yayılıb. Belə ki, 50 yaşlı Şərafudin Kubutayev qısqanclıq zəminində 49 yaşlı Ruslan Yeqorovu əvvəlcə avtomobili ilə vurub, sonra isə hər kəsin gözü qarşısında dəfələrlə bıçaqlayıb.
Qorxunc hadisə Krasnodar şəhərində baş verib.
50 yaşlı kişi cinayətdən sonra bıçağı gölməçədə yuyub, maşına minib və çıxıb gedib.
Artıq cinayətkar saxlanılıb. Qətllə bağlı cinayət işi açılıb.