Mayın 28-də Krasnoyarskdakı “Yunost” stadionunda Krasnoyarsk diyarının milli-mədəni muxtariyyətləri arasında ənənəvi XX “Millətlər kuboku” mini-futbol turniri keçirilmişdir. Bu ənənəvi turnir hər il Krasnoyarsk diyarının qubernatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin, Krasnoyarsk diyarının gənclər siyasəti və sosial inkişaf proqramlarının icrası agentliyinin, Krasnoyarskndiyarının "Rodina" Xalqlar Dostluğu Evinin Regional Dövlət Muxtar Müəssisəsinin dəstəyi ilə keçirilir.
️Turnirin açılış mərasimində rayon və şəhər rəhbərliyinin nümayəndələri ilə yanaşı, milli-mədəni muxtariyyətlərin rəhbərliyinin nümayəndələri də iştirak ediblər. Turnirin açılış mərasimində Rusiyanın bayrağı təntənəli şəkildə qaldırılıb, Rusiyanın himni oxunub və turnirin iştirakçıları olan futbolçular qarşılanıb.
Reqlamentə əsasən, turnirdə yaşı 25-dən yuxarı olmayan futbolçular iştirak edirdi. Turnirdə ümumilikdə Krasnoyarsk diyarının milli-mədəni muxtariyyətlərinin 12 komandası iştirak edib.
Püşkatmanın nəticələrinə əsasən komandalar hər biri 3 komanda olmaqla 4 qrupa bölünüb. Krasnoyarsk diyarının Azərbaycan milli-mədəni muxtariyyətinin komandası qrup mərhələsində Özbəkistan və Dağıstan MMM-nın rəqiblərini ardıcıl məğlub edib qrupda birinci yeri tutaraq, Polşa MMM-nın yer aldığı 1/4 finala yüksəlib. Burada komandamız 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinalda soydaşlarımızın rəqibləri Çuvaş MMM komandası olub. Əsas vaxtda oyun 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasının nəticələrinə əsasən, komandamız 6:5 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.
Finalda komandamız Qırğızıstan MMM komandası ilə qarşılaşıb. Komandamızın oyun və mövqe üstünlüyünə baxmayaraq oyun 0:0 hesabı ilə başa çatdıb. Sonra komandalar oyunsonrası penaltiləri yerinə yetirməli olublar ki, burada futbolçularımız yenidən daha dəqiq olub və 4:3 hesabı ilə qalib gəliblər.
Belə ki, Krasnoyarsk diyarı Azərbaycan milli- mədəni muxtariyyətinin sədr müavini Ayaz Məmmədovun rəhbərlik etdiyi komandamız aşağıdakılardan ibarətdir:
- Məmmədov İzzət Ayazoviç (komandanın kapitanı);
- Cavadov Səbuhi Elşən oğlu;
- Əliyev Emil Baxışeviç;
- Hacıyeva Tərlana Yusif oğlu;
- Əliyev Sahib Otaroviç;
- Vəliyev Yalçın Saxiboviç;
-Bayramov Timur İsmayıloviç;
- Mehrəliyeva Emil Ramin oğlu;
-Qorodalov Natiq Asifoviç;
- Əhmədov Emin Ölkəoviç;
-Çerpanov Emil Elmanoviç
Turnirin nəticələrinə əsasən Cavadov Səbuhi turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
Komandamızın oyunçuları bu qələbəni Azərbaycanın Müstəqillik Gününə həsr ediblər.
Komandanın bütün oyunçularını, məşqçilərini, sponsorlarını növbəti qələbə münasibəti ilə təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!
Xatırladaq ki, Krasnoyarsk diyarının Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Taleh Mahmudov hər zaman soydaşlarımızdan ibarət komandaya daima maddi və mənəvi dəstək göstərir.