Kremlin bu tələbi heç nəyi dəyişməyəcək

Avropa Birliyi ölkələri Rusiya “Qazprom”una mavi yanacağın pulunu rublla ödəmək istəmir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İqtisadi Strategiya Mərkəzinin rəhbəri Qleb Vışlinski çıxış edib.

“Qaz bazarda yox, müqavilə əsasında satılır. Rusiya qazını alan Avropa rəsmiləri qeyd edirlər ki, müqavilələrdə rubl yox, başqa valyuta nəzərdə tutulub. Bu tələb rublun müvəqqəti möhkəmlənməsinə yönəlmiş qısamüddətli siyasi gediş kimi görünür”, - ekspert söyləyib.

Vışlinskinin fikrincə, iqtisadi nöqteyi-nəzərdən alman qaz istehlakçısının “Qazprom”a avro ilə ödəniş etməsinin və sonra Kremlin bu avroları Rusiyanın valyuta bazarında satmasının fərqi yoxdur. Yaxud əvvəlcə alman istehlakçısı avronu valyuta bazarında satacaq və “Qazprom”a rubl verəcək:

“Bununla avronun sayı dəyişmir, ona görə də bu, daha çox siyasi gedişdir”.

O hesab edir ki, Putinin ödənişi rublla tələb etməsi AB-nin Rusiya qazından uzaqlaşması üçün ilk addım ola bilər.