La Liqanın prezidenti Tebas Leo Messinin "Barselona"ya mümkün transferindən danışıb.
Sabahinfo.az xəbər verir ki, o, argentinalı ulduzun Kataloniya təmsilçisinə transferinin qarışıq məsələ olduğunu bildirib. Bu barədə "RMC" məlumat yayıb.
"Məndən soruşsanız, Messinin "Barselona"ya qayıtması qarışıq məsələdir. Bəzi maddələr üzrə transferin necə baş tutacağına baxmalıyıq. Maaş məsələsi bəlli olmalıdır".
Qeyd edək ki, Messinin PSJ ilə sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatır.