Lavrov xəbərdarlıq etdi: Sülhməramlıların göndərilməsi...

Ukraynaya sülhməramlıların göndərilməsi Rusiya ilə NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Polşalı həmkarlarımız artıq bildirdilər ki, NATO sammiti olacaq, sülhməramlılar göndərməliyik. Ümid edirəm ki, onlar təhlükənin nə olduğunu başa düşəcəklər. Bu, Rusiya və NATO silahlı qüvvələri arasında birbaşa toqquşma olacaq”, - Lavrov bildirib.