Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, - o bildirib.

Qeyd edək ki, A.Buayon noyabrın 10-da Azərbaycana səfir təyin edilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun diplomatik missiyası noyabrın 21-də başa çatıb və o, Bakını tərk edib.