Lökbatanda qəbul

Yanvarın 19-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Qəbula gələnlər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

 Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb. Seçicilər görüşdən məmnuqlarını ifadə ediblər.