"Deputat maaşı mənim üçün məqbuldur. Ola bilsin ki, kiminsə krediti var və s. Amma deputat əmək haqqım kifayət edir".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev deyib. Onun sözlərinə görə, ola bilər deputat elə böyük kredit götürüb ki, maaşı çatmır:
"Bu hamıya şamil deyil. Elə kredit götürmək lazımdır ki, çatsın. Görürsən ki, əmək haqqı ayın axırına çatmır, krediti az etməlidir. Külli miqdarda kredit götürüb demək ki, maaş ayın axırına çatmır, bu düzgün deyil. Hərə öz maaşının ölçüsündə iş görməlidir".
Qeyd edək ki, deputat Siyavuş Novruzov bildirib ki, maaş ayın axırına çatmır. "Deputatların hamısı biznesmen, iş adamı deyil. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”, - deyə o əlavə edib