Macarıstanda foto-sərgi keçirilmişdir

“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Erməni vandalizmi: işğaldan öncə və sonra" fotolarda layihəsinin icrası məqsədi ilə 30 aprel 2022-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Macarıstan-Azərbaycan Evində "Erməni vandalizmi: işğaldan öncə və sonra" adlı foto-sərgi keçirilmişdir.

 

Foto-sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri cənab Tahir Tağı-Zadə, Səfriliyin əməkdaşları, Macarıstanda yaşayan və təhsil alan müxtəlif xalqların nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişdir. Foto-sərginin açılş mərasimində həmçinin Macarıstanda təhsil alan Ramil Şükürovun ifasında tədbirin mahiyyətinə uyğun milli müsiqilərimiz ifa olunmuşdur.

 

Foto-sərginin təşkilati dəstəkçisi Azərbaycan Diasporuna Dəstək Fondu və Macarıstan-Azərbaycan Evidir.

 

20 gündən artıq sərgilənəcək foto-sərgini ümumilikdə yüzlərlə insanın ziyarət etməsi gözlənilir.