Mariya Zaxarova: “Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır”

“Qərb ölkələri ilə Ukrayna arasında təhlükəsizlik təminatlarına dair razılaşmalar Rusiya ilə uzunmüddətli qarşıdurmaya hesablanıb”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Rusiyalı diplomat vurğulayıb ki, Qərbin Volodimir Zelenski iqtidarına dəstəyi və Kiyevə göstərilən hərbi yardımı onun Rusiyaya qarşı apardığı hibrid müharibəsinin növbəti mərhələsidir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi məğlub olacaq. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan tələb edir ki, hücumdan müdafiə strategiyasına keçsin.