MEDİA-nın rəhbərliyi "Qarabağ" klubunun qonağı olub -FOTO

Medianın İnkişafı Agentliyinin rəhbərliyi "Qarabağ" klubunun qonağı olub.

Sabahinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə agentliyin İcraçı direktoru Əhməd İsmayılov, Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev iştirak ediblər.

Görüş zamanı “Qarabağ”ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Sonda Ə.İsmayılova komandanın forması təqdim olunub.