"Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, agentliyin biznes subyektləri və sahibkarla görüşü nəzərdə tutulub:
"Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazım olduğunu və qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa biləcəyini müzakirə edək. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin görüşlərini təşkil etmək istəyirik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik".