Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Sabahinfo.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"