Məşhur Məmmədov qəbul keçirdi

Masallı şəhərində seçicilərlə növbəti dəfə qəbul keçirildi. Qəbulda 4 şəhid ailəsi, 4 qazi olmaqla 18 seçici iştirak edirdi.

Qəbulda köməkçilərimlə yanaşı Masallı Rayon Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hacıyev iştirak etdi. Əksər problemlər yerində həll edildi, qalanlarının aidiyyəti üzrə göndərilib nəticə ilə bağlı məlumat vermələri köməkçilərə tapşırıldı.

Məşhur Məmmədov
Milli Məclisin deputatı