Yenidən Masallıdayıq, seçicilərlə ənənəvi qəbul-görüş keçirdik. Qəbul YAP-ın Masallı şəhərində yerləşən inzabati binasında keçirildi. 35 seçicini YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərimlə birgə fərdi dinlədik. Qəbula gələnlərdən 3 nəfəri Vətən Müharibəsi qaziləri idi.
Bəzi məsələlər yerində həllini tapdı, səlahiyyətlərimiz çərçivəsində olan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdik. Görüşlər davam edir. Hər ayın son həftəsini seçicilərin qəbul-görüşlərinə həsr etmək fəaliyyətimdə prioritetdir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı