Məsləhətləşəcəklər

Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək. SABAHİNFO.AZ xarici mediaya istinadən xəbər verir ki, məsləhətləşmələr  8-9 dekabr tarixlərində reallaşacaq. Məlumata görə, nümayəndə heyətlərinə Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Sergey Verşinin rəhbərlik edəcək.
İstanbulda keçiriləcək görüş çərçivəsində taxıl sazişinin icrası, Suriya, Liviya və Fələstin kimi regional məsələlərin müzakirə olunması nəzərdə tutulur.