İqtisadiyyat naziri Mikayıl Cabbarov “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, o bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, Berri Sternlix ilə qlobal iqtisadi tendensiyalar şəraitində yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə həyata keçirilən tədbirlər və şirkətlə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.