"Milan" futbolçusu Zlatan İbrahimoviçlə yeni imzalamaqda israrlıdır.
Qol.az "Foootball İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini məlumat verib:
“Hazırkı "Milan" Avropanın ən gənc komandalarından biridir, ona görə də belə təcrübəli liderə ehtiyacımız var. Zlatanı 2018-ci ildə "Los Anceles Qelaksi"nin şərəfini qoruduğu zaman geri qaytarmağa çalışdıq.
İbrahimoviç mənə dedi ki, müqaviləni yeniləmək qərarı bədəninin vəziyyətindən asılı olaraq veriləcək. Ancaq eyni ruhda davam edərsə, müqaviləni yeniləməməsi üçün heç bir obyektiv səbəb görmürəm".
Qeyd edək ki, 2020/2021 mövsümündə Zlatan İbrahimoviç "Milan"la bütün turnirlərdə 17 matç keçirib, 16 qol vurub və 2 qolun ötürməsini verib. 39 yaşlı oyunçunun klubla müqaviləsi bu yay başa çatır.