Millət vəkili “Azəriqaz”ın rəhbərliyinə təşəkkür etdi

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbinə qaz xəttinin çəkilməsi münasibətilə “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib.

Qaynaq kənd orta ümumtəhsil məktəbinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Anar Məmmədov məktəbin qaz probleminin həlli istiqamətində müvafiq quruma müraciət edib və problem qısa müddətdə öz həllini tapıb.