11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva aprelin 16-da YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
Seçicilər özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kurslarına cəlb olunmalarına, işə qəbul edilmələrinə, sərnişin daşımada xidmət keyfiyyətinin artırılması məqsədilə müvafiq qanunvericiliyin tələblərinə cavar vermədiyinə görə 206 nömrəli marşrutun müvəqqəti istismarçısı olan şirkətin müasir nəqliyyat vasitələri olan şirkətlə əvəz edilməsinə, qanunsuz və əsassiz işdən çıxarılmış işçilərin işlərinə bərpa edilmələrinə və onların hüquqlarının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə, əlilliyin müəyyən olunmasında yol verilən nöqsanların, eləcə də digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıq¬la¬rı¬nı ifadə edib, onları narahat edən məsələlərin öz həllini tezliklə tapacağına əminliklərini bildiriblər, belə qəbullar və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.



