Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
Sabahinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihə bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.
Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.