2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılır.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.