MİLLİ VƏ MƏNƏVİ DƏYƏRLƏRİMİZ!. atribut.info.az

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi " Milli- mənəvi dəyərlərin qorunması və yaşadılması " adlı layihəni uğurla həyata keçirmişdir. .Layihə çərçivəsində (atribut.info.az ) saytı yaradılmışdır.Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçrilib.İB-nin sədri Fərqanə Əliyeva bildirib ki, Layihənin məqsədi Milli dəyərlərimizin qorunması yaşadılması və ətraflı şəkildə yeniyetmə gənclər arasında təbliğ etməkdən ibarətdir. Millətləri yaşadan milli-mənəvi dəyərlərdir. Bu dəyərlər xalqların birlik və ictimai həmrəylik içində yaşamasına, tarix səhnəsində öz yerini tutmasına şərait yaradır. Millətlər bu dəyərləri gələcək nəsillərə ötürdükləri qədər varlıqlarını qoruyub saxlayırlar.

Tarix səhnəsində ən uzun müddət qalan xalqlar, şübhəsiz ki, milli-mənəvi dəyərləri özündə cəmləşdirə bilən dövlətlər olub. Öz milli-mənəviəxlaq dəyərlərinə sadiq fərdlər yetişdirən cəmiyyətlərin dövrün tələb etdiyi inkişaflara biganə qalmaması üçün heç bir səbəb yoxdur.

Dil, din, tarix, adət və ənənələr, ailə institutu, müqəddəs zaman və məkanlar, bayraq, Vətən, Dövlət Himni kimi milli-mənəvi dəyərlərin formalaşdırdığı mədəniyyətin formalaşmasına diqqət yetirildikdə, bu dəyərlər ayrılmaz və bir-biri ilə iç-içə və bir-birini tamamlayır.

Mədəniyyətimiz dinimizin gözəl prinsipləri ilə yoğrulmuşdur. İctimai həyatımızın ahəngdar və möhkəm şəkildə davam etdirilməsində, gənclərimizin yetişdirilməsində mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin böyük töhfələri unudulmamalıdır.