Mingəçevirdə avtomobillər toqquşub: Altı nəfər xəsarət alıb

Mingəçevirdə avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Energetiklər qəsəbəsində baş verib.

Belə ki, VAZ-2107 və VAZ-2110 markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub.

Nəticədə 6 nəfər - 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.