Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl atom-elektrik stansiyasının təhlükəsizliyinin birgə təmin olunması barədə razılıq əldə edib.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, tərəflər enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər.
“Rusiya hərbçiləri tərəfindən Çernobıl AES-in nəzarətə götürülməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib”, - diplomat vurğulayıb.
M.Zaxarova bildirib ki, Rusiya tərəfi sözügedən obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.