Müasirliyin vəhdəti-Azərbaycan qadını

Qadınların rolu hər sahədə xüsusi əhəmiyyət kəsb edib. Elə bir sahə yoxdur ki, orada qadın əməyi olmasın. Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən qadınlar tərəqqinin simvoludur.

Azərbaycanda həyata keçirilən qadın siyasəti zərif cinsin nümayəndələrinin hüquqlarının qorunması ilə yanaşı onların mühüm postlarda irəli çəkilməsi, dövlət və özəl sahələrdə dəstəklənməsi ilə nəticələnib. Təsadüfi deyil ki, Azərbaycan qadını zamanında idarəçilik və dövlətçilik işləri ilə dünyaya səs salıb. Bu baxımdan tarixi şəxsiyyətlərimiz olan Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər və Tutu Bikə kimi qadınlar milli irsimizin qürurverici simalarındandır. Onlar yalnız döyüşdə deyil, həm də idarəçilik və diplomatiya sahələrində əsl liderlik nümunələri göstərmişlər.

Azərbaycan qadınlarının hüquqları sahəsində əldə edilən ən mühüm tarixi nailiyyətlərdən biri də qadınlara seçib-seçilmək hüququnun verilməsidir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, qadın hüquqları sahəsində də mühüm addımlar atmışdır. Həmin dövrdə qadınlara seçmək və seçilmək hüququnun verilməsi təkcə region üçün deyil, bir çox Avropa ölkələrindən də əvvəl həyata keçirilmiş mütərəqqi qərar idi.

Bu hüquq qadınların ictimai-siyasi proseslərdə fəal iştirakına geniş imkan yaratmış, onların dövlət idarəçiliyində və ictimai həyatın müxtəlif sahələrində öz potensiallarını reallaşdırmalarına şərait yaratmışdır.

Qadınlar ana dilimizin qorunmasında, mədəni irsimizin və mənəvi dəyərlərin təbliğində böyük rol oynayıblar. Keçmişimizin unudulmaz səhifələrində görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqəti, ağbirçək analarımızın müdrikliyi bugünkü müasir Azərbaycan qadınlarının fəaliyyətində də əks olunur. Bu qadınlar həm ictimai, həm də şəxsi həyatlarında nümunəvi davranışları ilə cəmiyyətə xidmət edir, dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqın inkişafına töhfələr verirlər. Dünyada bir çox qadınlardan əvvəl seçib-seçilmək hüququna sahib olan Azərbaycan qadınlarının elmi, mədəni və sosial sahələrdəki uğurları onların yüksək mədəni və intellektual potensialını göstərir.
Bu gün dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət yeni dünya düzənində yaranmış yeni reallıqlara, meyarlara uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Belə ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində həm qabaqcıl ölkələrdən birinə çevrilib, həm də bu istiqamətdə mühüm yeniliklərə imza atıb. Cəmiyyətimizdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur.
Bu gün dövlət qadın siyasəti  yeni dünya düzənində yaranmış yeni reallıqlara, meyarlara uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Belə ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində həm qabaqcıl ölkələrdən birinə çevrilib, həm də bu istiqamətdə mühüm yeniliklərə imza atıb.
Cəmiyyətimizdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı