Müdafiə Nazirliyinin rəhbər heyəti  Zəfər parkında oldu - VİDEO

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.