"Dünya dəyişir və istər-istəməz bizim regionumuz da dəyişəcək".
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan da dəyişimə məruz qalacaq: "Ermənistanın parlament idarəetmə modeli ən uyğundur. Üstəlik, mən indi daha da əminəm ki, 2020-ci ilin müharibədən sonrakı dövrdə bizdə parlamentli idarəetmə modeli olmasaydı, bəlkə də çoxlarının arzuladığı baş verə bilərdi. Düz bu fəsildən demək istəyirəm ki, məsələn, indiki idarəetmə modelində siyasi cəhətdən dəyişdiriləcək çox şey yoxdur. Yəni, siyasi baxımdan mənim problemim başqadır".