“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir.
Almaniya Futbol İttifaqının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Hans-Diter Flik 33 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb. O, zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqun əvəzinə dəvət olunub.
Qeyd edək ki, Tomas Müller 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ərəfəsində milli karyerasını bitirdiyini açıqlayıb. Almaniya yığması sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşləri keçirəcək.