Müsfiq Məmmədli görüş keçirdi - FOTO

27 aprel 2025-ci il tarixində Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsinə daxil olan Rustov, Püstəqasım, Məçkəxacə və Qam-Qam kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşümüz keçirilmişdir.

Görüş zamanı son günlər ərzində intensiv yağıntılar nəticəsində bölgədə baş vermiş sel hadisəsinin törətdiyi fəsadlar, o cümlədən yol infrastrukturuna və əhalinin həyat şəraitinə təsirləri barədə yerli sakinlərdən birbaşa məlumat toplanmışdır. Məsələ ilə bağlı yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri ilə geniş müzakirələr aparılmış, görülmüş işlər və mövcud problemlər qiymətləndirilmişdir.

Qeyd olunmalıdır ki, təbii fəlakət nəticəsində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə yerli icra orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilmiş, bir çox hallarda vətəndaş müraciətlərinin operativ həlli təmin olunmuşdur.

Rustov kənd inzibati ərazi dairəsinin mərkəzində keçirilən görüş zamanı vətəndaşların müxtəlif sosial-iqtisadi məsələlər üzrə müraciətləri dinlənilmiş, səsləndirilən problemlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Müsfiq Məmmədli

Milli Məclisin deputatı