"Müstəqillik bir dəfə əldə edilən aksiyadır, lakin onu qorumaq üçün hər zaman mübarizə aparmaq lazımdır".
Sabahinfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, müasir tariximiz bir daha onu göstərir ki, dövlət müstəqilliyinin qorunması bu gün də öz aktuallığını saxlayır:
“Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi Qarabağ qələbəsi Azərbaycana qarşı müxtəlif uğurları gözü götürməyən qüvvələr tərəfindən təzyiqləri başlatmaq üçün səbəb olub. Azərbaycanın güclənməsi, qüdrətinin artması ölkəyə qarşı məkrli niyyətlərin həyata keçirilməsinin qarşısını alan ciddi sipərə çevrilib. Bu cür təhdid və təzyiqlərin olması Azərbyacan cəmiyyətini daha da bütövləşdirir. Azərbaycan sülh siyasətini, proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsə də, bu siyasət bu gün də uğurla davam edir".