Taksi şirkətlərindən biri qoyulan yeni tələblərə əməl etmir.
Sabahinfo.az xəbər verir ki, ili 15 ildən çox olan avtomobillər də taksi kimi fəaliyyət göstərir.
Həmçinin, bəzi sürücülər qeydiyyatdan keçdiyi avtomobillə sifarişi qəbul etsə də, ünvana fərqli maşın gəlir.
Sürücülər bildiriblər ki, avtomobillərin əksəriyyəti köhnə olduğundan müştəri düşəndə özündən diksinir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, belə hallarla rastlaşan vətəndaşların "141" çağrı mərkəzinə məlumat vermələri tövsiyə olunur. Onların müraciəti əsasında isə araşdırma aparılaraq müvafiq tədbirlər görülür.
Ətraflı Baku TV-nin süjetində: