Narkoloji dispanserdə bıçaqlanma oldu

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

Sabahinfo.az xəbər verir ki, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğluna arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.