NATO Baş katibi Türkiyəyə gedəcək

NATO-nun Baş katibi Yens Stoltenberq martın 11-də Antalyaya səfər edəcək.

Sabahinfo.az-ın xəbərinə görə, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Yens Stoltenberq Antalya Diplomatiya Forumunda da iştirak edəcək.