NATO bu müharibədə tərəf olmayacaq - Şolts

NATO Ukraynadakı müharibədə tərəf olmayacaq.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Hər gün vətəndaşlar mənə qayğılı halda yazırlar: Bizdə müharibə olmayacaq ki? Bu sualın ancaq bir cavabı var. 80 il ərzində biz ağlasığmazdan qaçdıq və belə də qalmalıdır! NATO Ukraynada tərəf olmayacaq”, - Şolts bildirib.