Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı keçirilib.
Sabahinfo.az xəbər verir ki, iclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb.
Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Vüqar Abbasov idi.