Naxçıvan Muxtar Respublikasının Gənclər Fondundan növbəti uğur

Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı və "Naxçıvanbank" ASC-dən cəlb olunmuş təlimçilərin iştirakı ilə keçirilən 9-12 mart tarixlərini əhatə edən "Bank Məktəbi" layihəsi yekunlaşıb.

Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti və Naxçıvan Dövlət Texniki Kollecindən cəlb olunmuş 30 fəal gənc tələbənin təlimlər ərzində öyrəndikləri biliklərinin test olunaraq yoxlanılması üçün kompüter üsulu ilə 50 sualdan ibarət yekun imtahan mərhələsi keçirilmişdir.

İmtahan nəticələrinə əsasən 70%-dən yüksək nəticə göstərərək fərqlənən Naxçıvan Dövlət Universitetinin 5 tələbəsi müvafiq sertifikatlarla təltif olunmuş və bir aylıq "Naxçıvanbank" ASC-də ödənişli təcrübə keçmək imkanı əldə etmişdirlər.