Azərbaycanda koronavirusa qarşı başlanan vaksinasiya prosesi mərhələli şəkildə davam edir.
Bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, prosesin mərhələləri strategiyada öz əksini tapıb: "Strategiyada kimlərin hansı mərhələdə peyvənd olunacağı qeyd edilib. Birinci mərhələdə tibb işçiləri, sonra isə digər qurumlar. Mən özüm də vaksin olunmuşam və özümü yaxşı hiss edirəm".