Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- VİDEO

 

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Sabahinfo.az
xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar sözügedən məsələdən xəbərsizdirlər.

Artıq Nərimanov rayonunda qanunsuz agac kəsilməsi adi hal alaraq ekokoji genosidə çevrilib. Rayonun Həsənoğlu küçəsində yerləşən “Ailə Park” MTK-nın tikint ərazisində irigövdəli yaşıl ağacı kəsilərək götürülüb.

Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmaq mümkün olmadı. “Ailə Park” MTK-da görüntülərə heç bir açıqlama verilmədi.

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

Videonu patrul.az yayımlayıb.