İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda keçirdiyi görüşlərdə Fələstinin HƏMAS qruplaşmasının liderlərinin hakimiyyətdən əl çəkəcəyi təqdirdə Qəzza zolağında müharibəyə son qoymağa hazır olduğunu bildirib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı mənbələrə istinadən yazıb.
Netanyahu bildirib ki, HƏMAS-ın hakimiyyətdə olduğu müddətdə Qəzza üçün müharibədən sonrakı plana aparan yol görmür.
ABŞ-da keçirilən görüşdə İsrailin baş naziri prezident Donald Tramp və komandası ilə girovların azad edilməsi və atəşkəs razılaşması ilə necə irəliləyəcəyi ilə bağlı anlaşmaya nail olmaq istəyib.