Sabahinfo.az xəbər verir ki, sentyabrın 14-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib. Videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub. Belə ki, ofisdə bu videoformat üçün bütün şərait yaradılıb.
Müraciətlər qeydiyyata alınıb, sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb. Sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedurlar barədə məlumatlar verilib, yaranmış narazılıqların araşdırılacağına dair aidiyyəti qurumlara müraciətin ediləcəyi bildirilib. Şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər də müraciətlər sırasında olub. Ehtiyacı olan ailələrə müvafiq humanitar yardımlar edilib.